Alimlərdən dünyanı şoka salacaq XƏBƏRDARLIQ

Amerikalı alimlərin araşdırmasına görə, gələcək nəsillər daha çox ekoloji fəlakətlərlə üzləşəcək. Qlobal istiləşmə səbəbindən buzlaqlar əriyir, iqlim dəyişir və dünya fəlakətə sürüklənir.
“Sherg.az” “Sabah.com”a istinadən bildirir ki, bu gün karbon emissiyalarını sıfıra endirmək və çirklənməni azaltmaq üçün müxtəlif addımlar atılsa da, alimlər bunun gec olduğunu düşünür.
Araşdırmanın aparıcı müəllifi və iqlimşünas alim Vim Thiery hər nəslin əvvəlki nəslə nisbətən daha şiddətli hava və fəlakətlərlə üzləşəcəyini söyləyib:
“Bu gün 40 yaşınadək insanlar gələcəkdə görünməmiş fəlakətlərə və hava hadisələrinə məruz qalacaqlar. Həmçinin bu il doğulan uşaqlar, nənə və babalarından yeddi dəfə çox istilik dalğaları, iki dəfə çox meşə yanğınları və təxminən üç dəfə çox quraqlıqla üzləşəcəklər”.