Gürcüstanda ötən sutkada koronavirusa 1 826 yeni yoluxma qeydə alınıb, 795 nəfər müalicə olunaraq sağalıb, 29 pasiyent vəfat edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 616 589 nəfər yoluxub. Onların 587 499-u sağalıb, 9 005-i dünyasını dəyişib.