Fransız Katolik Kilsəsindəki uşaq istismarı AFP adlı müstəqil komissiya tərəfindən araşdırılıb.
“Sherg.az” “Sabah.com”a istinadən xəbər verir ki, AFP –nin hazırladığı hesabatda 70 il ərzində 216 min pedofiliya hadisəsinin olduğu ortaya çıxıb.
Hesabatı hazırlayan komissiyanın rəhbəri Mark Sauve Katolik Kilsəsində sistemli bir baxımsızlıq olduğunu söyləyib. Sauve hesabat nəşr edilməzdən əvvəl verdiyi açıqlamalarda, 1950 -ci ildən bu yana Fransız Katolik Kilsəsində minlərlə pedofilin olduğunu açıqlayıb.