"Bizi qarşıda daha gözəl və xoşbəxt günlər gözləyir"

İlkin Əhmədov Cəbrayıldan və Qələbədən yazdı

Prezident İlham Əliyev oktyabrın 4-ü Cəbrayıl ictimaiyyətinin nümayəndələri görüşüb. 
Qeyd edək ki, həmin görüşdə Əməkdar artist İlkin Əhmədov da iştirak edib. 
Sənətçi görüşlə bağlı təəssüratlarını instaqram hesabında izləyiciləri ilə bölüşüb. 
“Şərq” xəbər verir ki, Ali Baş Komandanla fotosunu paylaşan müğənni bu sözləri yazıb:
“Gözlərimiz bir daha aydın olsun. Bu Vətən şimallı-cənublu, şərqli-qərbli  qarış-qarış hər birimizindir və canımız qədər əzizdir. Biz böyük xalqıq, tarixi qədim olan bir Vətənin övladlarıyıq. Bizi qarşıda daha gözəl və xoşbəxt günlər gözləyir. Uca Allah bu zəfər yolunda xalqımıza və dövlətimizin layiqli Prezidenti, Lideri, Sərkərdəsi, fatehi İlham Əliyev cənablarına dayaq olsun. Tanrı şəhidlərimizin ruhlarını şad eləsin”.