Türkiyə hərbçiləri terrorçuları zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri "Fərat qalxanı" və "Barış Pinarı" əməliyyat zonalarında 5 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Onlardan 4-ü "Barış Pinarı" bölgəsində, 1-i isə "Fərat qalxanı" bölgəsində hücum təşkil etməyə çalışarkən məhv edilib.
Xüsusi dinləmələr nəticəsində onların əməliyyat zonasına hücum hazırlığında olduğu müəyyənləşib.