Baş Prokurorluğun nümayəndə heyəti Türkiyədə səfərdədir

Azərbaycan Respublikası Baş Prokurorluğunun 11 nəfərdən ibarət nümayəndə heyəti təcrübə mübadiləsinin aparılması məqsədilə Ankara şəhərində səfərdədir.
APA-nın məlumatına görə, səfər Türkiyə və Azərbaycan arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir.
Oktyabrın 17-də başlayan səfər 10 gün davam edəcək. Ali Məhkəmənin Baş prokuroru Bekir Şahin Türkiyədə səfərdə olan Baş Prokurorluğun nümayəndə heyətini qəbul edib.