Valeh Ələsgərovla bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Valeh Feyruz oğlu Ələsgərovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 
Bununla bağlı AZƏRTAC məlumat yayıb. 
Sərəncama əsasən, V.Ələsgərov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.