"Slovakiya şirkətləri azad edilmiş ərazilərin bərpası prosesində iştirak edir".
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan-Slovakiya biznes forumda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, azad edilmiş ərazilərin minalardan təmizlənməsində Slovakiyanın istehsalı olan texnikalardan istifadə edilir:"2021-ci ilin 19 aprel tarixində Azərbaycan Prezidenti İlham Əliyev "Ağıllı şəhər", "Ağıllı kənd" konsepsiyalarının hazırlanması ilə əlaqədar sərəncam imzalayıb. İşğaldan azad edilmiş ərazilərdə müasir çağırışlara cavab verən, beynəlxalq standartlara əsaslanan yeni inkişaf modelinin tətbiqi məqsədilə Zəngilan rayonunda birinci"Ağıllı kənd" layihəsinin təməli qoyulub.
Bu layihənin həyata keçirilməsində əsas məqsəd kənddən şəhərə olan axının qarşısını almaq, əhalinin şəhərdə əldə edə biləcəyi bütün xidmətlərin kəndlərdə də rahat çıxışının təmin edilməsi, məşğulluq imkanlarının yaradılmasıdır. Bu prosesdə Slovakiya şirkətləri iştirak etməkdə maraqlıdılar. Bu ilin mayında Slovakiya şirkətləri tərəfindən hazırlanmış "Ağıllı kənd" layihəsinin təqdimatı baş tutub. Ümid edirəm ki, layihə uğurlu olacaq və ikitərəfli əməkdaşlığa müsbət töhfəsini verəcək".