Şəhidin xanımı ərinin il mərasiminə gedərkən qəzada öldü - YENİLƏNİB


Kürdəmir-Zərdab yolunda baş vermiş qəzada yaralananlar arasında şəhid mayor Rəhim Hüseynovun kiçik oğlu da olub.

Şəhidin ailəsindən Oxu.Az-a verilən məlumata görə, Günel Ələsgərova kiçik oğlu Fikrət Rəhimovla birlikdə Zərdaba R.Hüseynovun il mərasiminə gəlirmiş: 

“G.Ələsgərova ilə R.Ələsgərovun üç oğul övladı var. Onlardan ən kiçiyi qəza zamanı anasının yanında olub. Hadisə zamanı müxtəlif dərəcəli xəsarətlər alıb. Hazırda həkim nəzarətindədir. Yaxın zamanda evə buraxılacaq”.

 

16:42

Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Şüşün kəndindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı avtomobildə olan 35 yaşlı Ələsgərova Günel İnqilab qızı və 38 yaşlı Tağıyev Emin Ağamir oğlu hadisə yerindəcə dünyasını dəyişib, bir nəfərin isə xəsarət aldığı, Zərdab rayonundakı xəstəxanaya aparıldığı bildirilir.

Ölənlərin meyitləri müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir Rayon Şöbəsinə aparılıb.

Qeyd edək ki, hadisə zamanı vəfat edən G.Ələsgərova şəhid Rəhim Hüseynovun həyat yoldaşıdır. 

G.Ələsgərovanın qayınanası hadisə ilə bağlı Oxu.Az-a açıqlamasında məlumatı təsdiq edib. O bildirib ki, gəlini ötən gün şəhid R.Hüseynov üçün Kürdəmirdə il mərasimi verdikdən sonra Zərdaba gəlirmiş:

“Bu gün Zərdabda da Rəhim üçün il mərasimi keçiriləcəkdi. Bir az olar eşitmişik ki, yolda qəzaya düşüblər”.

Faktla bağlı araşdırma aparılır.