"Qanın  laxtalanma pozğunluğunun müasir müalicəsi və pasiyent hüquqları" adlı seminar...

22 oktyabr 2021-ci il tarixdə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə seminar keçirilib. "Qanın  laxtalanma pozğunluğunun müasir müalicəsi və pasiyent hüquqları" adlı seminar hematoloqlar üçün təşkil edilib. 

Seminar çərçivəsində Mir Qasımov adına Respublika Klinik Xəstəxanasının hematologiya şobəsinin müdiri Naidə Hüseynzadə "İnhibitorlu xəstələrə yanaşma və müasir müalicə metodları" mövzusu ilə çıxış edib. Dr. Naidə Hüseynzadə çıxışı zamanı hemofiliyanın Azərbaycanda vəziyyəti, hemofiliyanın İnhibitor formasının müalicəsi və dünyada aparılan müasir müalicə haqqında ətraflı bilgilər verib. Ağır formalı inhibitorlu pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşdırılmasında tətbiq edilən yeni nəsil müalicə üsulu olan Hemlibra (Emicizumab) dərman preparatının  müalicədə tətbiq edilməsinin vacibliyi xüsusi ilə vurğulanıb. 

Seminarda Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov "Pasiyentin keyfiyyətli müalicəsi və seçim hüququ" mövzusunda təqdimat edib. 2021- ci il 27 yanvar tarixdə təşkil edilən Pasiyent Təşkilatlarının birinci Respublika Forumunda qəbul edilən pasiyent hüquqlarına dair Bəyannamənin maddələri haqqında geniş məlumat verib. Ayaz Hüseynov pasiyentin müalicəsində tətbiq edilən üsulların, dərman preparatlarının seçimində pasiyentin iştirakının vacibliyini xüsusi vurğuladı. Bununla bərabər Milli Hematologiya və Transfuziologiya Mərkəzinin fəaliyyəti haqqında münasibətini bildirdi. Qısa bir zamanda hematologiya sahəsinda əldə edilən nailiyyətlər pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşmasına  imkan yaradıb. Ayaz Hüseynov Milli Hematologiya və Transfuziologiya Mərkəzi ilə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə əməkdaşlığından məmnunluğunu xüsusi ilə vurğulayıb."Qanın  laxtalanma pozğunluğunun müasir müalicəsi və pasiyent hüquqları" adlı seminar keçirilib.

22 oktyabr 2021-ci il tarixdə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə seminar keçirilib. "Qanın  laxtalanma pozğunluğunun müasir müalicəsi və pasiyent hüquqları" adlı seminar hematoloqlar üçün təşkil edilib. 

Seminar çərçivəsində Mir Qasımov adına Respublika Klinik Xəstəxanasının hematologiya şobəsinin müdiri Naidə Hüseynzadə "İnhibitorlu xəstələrə yanaşma və müasir müalicə metodları" mövzusu ilə çıxış edib. Dr. Naidə Hüseynzadə çıxışı zamanı hemofiliyanın Azərbaycanda vəziyyəti, hemofiliyanın İnhibitor formasının müalicəsi və dünyada aparılan müasir müalicə haqqında ətraflı bilgilər verib. Ağır formalı inhibitorlu pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşdırılmasında tətbiq edilən yeni nəsil müalicə üsulu olan Hemlibra (Emicizumab) dərman preparatının  müalicədə tətbiq edilməsinin vacibliyi xüsusi ilə vurğulanıb. 

Seminarda Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov "Pasiyentin keyfiyyətli müalicəsi və seçim hüququ" mövzusunda təqdimat edib. 2021- ci il 27 yanvar tarixdə təşkil edilən Pasiyent Təşkilatlarının birinci Respublika Forumunda qəbul edilən pasiyent hüquqlarına dair Bəyannamənin maddələri haqqında geniş məlumat verib. Ayaz Hüseynov pasiyentin müalicəsində tətbiq edilən üsulların, dərman preparatlarının seçimində pasiyentin iştirakının vacibliyini xüsusi vurğuladı. Bununla bərabər Milli Hematologiya və Transfuziologiya Mərkəzinin fəaliyyəti haqqında münasibətini bildirdi. Qısa bir zamanda hematologiya sahəsinda əldə edilən nailiyyətlər pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşmasına  imkan yaradıb. Ayaz Hüseynov Milli Hematologiya və Transfuziologiya Mərkəzi ilə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə əməkdaşlığından məmnunluğunu xüsusi ilə vurğulayıb.