İngiltərənin ən kiçik evi satışa çıxarılıb - FOTO

İngiltərənin şimal-şərqindəki Qrimston Parkda ölkənin ən kiçik evi satışa çıxarılıb.
“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, iki mərtəbəli evin aşağı mərtəbəsində yataq və qonaq otağı, yuxarı mərtəbədə isə mətbəx və hamam var.
Debra və Dave Bovman cütlüyü 2000-ci ildə aldıqları evdə 20 il yaşayıblar. 16 kvadratmetrlik 2 mərtəbəli evin sahibəsi D.Bovman söyləyib:

“Bu evə köçmək indiyə qədər verdiyim ən yaxşı qərarlardan biri idi. Yeni ev sahibləri kim olsa, bu evi mütləq bəyənəcək”.
Ev sahibləri bildiriblər ki, təqaüdə çıxdıqdan sonra daha böyük evə köçmək üçün evi satışa çıxarıblar.