Milli Məclisin deputatı xəsarət aldıqda ona sığorta ödənişi ediləcək

Milli Məclisin deputatı az ağır xəsarət aldıqda ona sığorta ödənişi ediləcək.
"Report"un xəbərinə görə, bununla bağlı "Milli Məclisin deputatı haqqında" qanuna dəyişiklik təklif olunur.
Dəyişikliklə Milli Məclisin deputatı az ağır xəsarət aldıqda ona 10 faiz sığorta ödənişi ediləcək.