“Bu gün Milli Məclisin İnsan hüquqları Komitəsində amnistiyaya dair müzakirlər aparılıb”.
Bunu “Sherg.az”a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev deyib.
O qeyd edib ki, sözügedən məsələ nayabrın 5-də Milli Məclisin gündəliyinə çıxarılacaq:
“Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsünə müvafiq olaraq parlamentə Amnistiya aktı təqdim edilib. Qarşıdakı günlərdə müzakirə olunub, qəbul olunacağına ümid edirəm”.
Qeyd edək ki, Milli Məclisdə 8 Noyabr - Zəfər Günü ilə bağlı Amnistiya aktının qəbul olunacağı iddia olunur. Bununla bağlı sənəd Prezident İlham Əliyevin imzası ilə parlamentə daxil olub.