“Builki Forum bizlər üçün fərqli əhvali-ruhiyyədə keçirilir”

Fuad Hüseynzadə: “Ölkə başçısı Forumdakı çıxışı ilə Ermənistanın vandalizm siyasətini, beynəlxalq qurumların ikili siyasətini və Azərbaycanın gücünü göstərdi”.    

“VIII Qlobal Bakı Forumunda çıxışı zamanı qalib dövlətin Prezidenti olaraq İlham Əliyev Ermənistanın məğlub duruma düşdüyünü göstərdi”.

Bu barədə “Sherg.az”a açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib. 

Birlik rəhbəri bildirib ki, Azərbaycan dövləti siyasi, iqtisadi, hərbi cəhətdən inkişaf etməklə yanaşı, yüksək mədəni tərəqqiyə də nail olub: 

“Hazırda Azərbaycan xalqı ötən il qazanılan qələbənin sevincini qürurla yaşayır. Çox müsbət haldır ki, Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri də bu sevinci bölüşürlər. Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi çoxmillətli Azərbaycan xalqının sevincinə daha bir sevinc qatıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Vlll Qlobal Bakı Forumunda Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması dahi şairə hörmətin nümunəsidir. Ümumiyyətlə, artıq səkkizinci belə bir qlobal forumun keçirilməsi Nizami Gəncəvinin beynəlxalq aləmdə tantımı və təbliği üçün mühüm əhəmiyyət kəsb edir”. 

F.Hüseynzadə qeyd edib ki, builki forum bizlər üçün fərqli əhvali-ruhiyyədə keçirilir: 

“Öncəliklə qeyd olunduğu kimi, bu il ölkəmizdə “Nizami Gəncəvi İli”dir. Bu baxımdan forum yaddaqalan olacaq. Digər tərəfdən Zəfər Günləri ərəfəsidir. Qalib ölkədə keçirilir bu tədbir. İllərdir həsrətindən olduğumuz Qarabağımıza, Şuşamıza qovuşmuşuq. Müzəffrər Azərbaycan Ordusunun rəşadəti sayəsində torpaqlarımız işağldan azad edilib. Və həmişəkindən frəqli olaraq bu forumda ölkə başçısı Qarabağ münaqişəsinin artıq həll olunduğunu bəyan etdi. Prezidentin bildirdiyi kimi hər dəfə Qlobal Bakı Forumunda Ermənistan ilə Azərbaycan arasında münaqişə məsələsini qaldırırdı. Bu forumda isə artıq qalib dövlətin Prezidenti olaraq Ermənistanın məğlub duruma düşdüyünü vurğuladı. Ölkə başçısı forumdakı bu çıxışı ilə əcnəbi qonaqlara Ermənistanın vandalizm siyasətini, beynəlxalq qurumların ikili siyasətini, Azərbaycanın gücünü, sülhpərvər oluğunu, o cümlədən öz dahi şəxsiyyətlərinə verdiyi dəyəri göstərdi”.
İsmayıl