Yaponiyanın yeni XİN rəhbəri məlum oldu


Yaponiyanın yeni xarici işlər naziri ölkənin əvvəlki müdafiə naziri, kənd təsərrüfatı naziri, təhsil naziri vəzifələrində çalışmış Yosimasa Hayasi olacaq.

Qeyd olunur ki, baş nazir Fumio Kisida artıq kadr qərarını verib.

Nazirlər Kabinetinin rəsmi olaraq yenilənmiş tərkibi noyabrın 10-da təsdiqlənməlidir.

Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi Yaponiyanın hakim Liberal Demokratik Partiyasının baş katibi postuna keçəndən sonra Yaponiya xarici işlər naziri postu boş qalıb.

Nazirlər Kabinetinin yeni tərkibi açıqlanana qədər Xarici İşlər Nazirliyinin rəhbəri funksiyalarını baş nazir Kisida şəxsən icra edəcək.

Mənbə: TASS