İraqın baş naziri Mustafa Əl-Kazimi Bağdaddakı iqamətgahına minalanmış pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində xəsarət almadığını bildirib.
Trend xəbər verir ki, bu barıdı Əl-Kazımi öz Twitter hesabında yazıb.
"Allaha şükür, mən yaxşıyam və xalqla birlikdəyəm. İraq haminə hamını sakitliyə və təmkinliyə çağırıram", - deyə o bildirib.
Bundan əvvəl bəzi KİV-lər baş nazirin iqamətgahına hücum və nəticədə onun yaranlandığı barədə məlumat yayıb. İraq təhlükəsizlik qüvvələri məlumatı qismən təsdiqləyərək, Əl-Kazıminin Bağdaddakı "Yaşıl zona"da iqamətgahına minalanmış pilotsuz uçan aparat vasitəsiylə ilə sui-qəsd cəhdinin uğursuzluğa düçar olduğunu, baş nazirin xəsarət almadığını qeyd ediblər.