Noyabrın 9-da Türkiyə Böyük Millət Məclisində Azərbaycandakı Türkiyə-Rusiya Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının daha 1 il uzadılması ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq.
APA-nın Türkiyə bürosunun məlumatına görə, qanun layihəsinin təşəbbüskarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır.