Rəsmi Kreml gələn həftə Rusiya, Azərbaycan və Ermənistan liderləri - Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın üçtərəfli görüşünün keçirilməsi planını təsdiqləyib.
Milli.Az "İnterfaks"a istinadən bildirir ki, Rusiya Federasiysının Prezidentinin mətbuat katibi Dmitri Peskov "İnterfaks"a açıqlamasında deyib: "Bəli, həqiqətən də, belə bir görüş hazırlanır və bu görüş videokonfrans formatında olacaq".
Rusiyanın "Rossiya-1" telekanalı da ötən ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinin gerçəkləşdirilməsi prosesinin də müzakirə ediləcək üçtərəfli görüşün keçiriləcəyini təsdiqləyən məlumat yayıb.