Liderlər toplandılar:“Türk dünyası yenidən dünya siyasi səhnəsinə çıxır”

"Bu təşkilat 2009-cu ildə  Naxçıvanda qurulub. Artıq Türk Şurası deyil, Türk Dövlətləri Təşkilatı adlanır. Statusu, funksionallığı dəyişir, qərar vermək hüququ var. Bu Şuranın hərəkətverici qüvvəsi Türkiyə və Azərbaycandır".

Bu barədə "Sherg.az"a İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Toplantısından danışarkən “Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arifoğlu bildirib. Onun sözlərinə görə Şurada verilən mühüm qərarlar bütövlükdə  türk dünyasının yüksəlməsin səbəb olacaq:

"Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın dediyi kimi “Günəş yenidən Şərqdən doğacaq”. 

O, tədbirdə Türküstan arealının dünyəvi proseslərdə rolunun  yüksəlməsindən danışdı. Eyni zamanda Ərdoğan Azərbaycanın zəfərini qeyd etdi.

 Türk Şurasının ən mühüm səhnələrindən biri prezident İlham Əliyevin timsalında Azərbaycana Qarabağda qazandığı zəfərə görə mükafat verilməsi idi. 

İdealist zümrələri razı salacaq işlər gedir.  Yeni Turan yaradılır. Türk Dövlətləri Təşkilatı hərbi varlığını əks etdirmək üçün addımlar atacaq. Turan ordusu qurulur, içərisində Macarıstan da var. 

VIII Zirvə Toplantısı türk dünyasının yenidən dünya siyasi səhnəsinə çıxdığını göstərən və təmin edən hadisədir".