Bakıda universitetdə tüstüləmə: Tələbələr təxliyə edildi


Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tüstülənmə olub.

Oxu.Az-ın məlumatına görə, hadisə ilə bağlı təhlükəsizlik məqsədilə tələbələr təxliyə edilib.

Tüstülənmənin hansı səbəbdən olduğu araşdırılır.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov Oxu.Az-a faktı təsdiq edib.

O bildirib ki, əlavə məlumat veriləcək.