XİN başçısı: "Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməməsi normal hal deyil"

“Hər iki dövlətin müstəqilliyini əldə etməsindən 30 il keçib. Bu illər ərzində iki ölkə arasında sərhədlərin müəyyənləşməməsi normal hal deyil”.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, Ermənistan uzun illər Azərbaycana qarşı işğalçılıq siyasəti yeridib: "Ancaq Azərbaycan 30 ildir işğal altında olan torpaqlarını azad edib. Azərbaycan torpaqlarını azad etdikdən sonra beynəlxalq sərhədlərini müəyyənləşdirib və bu da yeni imkanlar yaradıb. Vətən müharibəsi nəticəsində Azərbaycan 398,7 kilometrlik sərhədindən Ermənistanı çıxardı. Eyni zamanda 130 kilometrlik Azərbaycan-İran sərhədi nəzarət altına alındı”.