Könül Nurullayevadan  təklif: "Sosial güzəştlərin əhatə dairəsi genişləndirilsin"

“Büdcə lahiyəsində ödənişli əsaslarla qəbul olmuş 1-ci və 2-ci dərəcə əlilliyi olan şəxslər təhsil haqqından azad edildiyi halda, müharibədə iştirak etmiş, lakin əlilliyi olmayan, yaxud 3-cü qrup əlilliyi olan şəxslərin təhsil haqqı problemləri ilə əlaqədar məsələ açıq qalır. Hesab edirəm ki, 3-cü qrup əlilliyi olan şəxslərin təhsil haqqlarından azad edilmələri üçün 1ci və 2-ci dərəcə əlliliyi olan şəxslər üçün nəzərdə tutulmuş vəsaitə uyğun məbləğ ayrılmalıdır”. 
"Sherg.az" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Könül Nurullayeva 2022-ci ilin dövlət büdcəsinin təqdimatı zamanı belə təklif irəli sürüb. Xanım parlamentari bildirib ki, əhalinin sosial müdafiəsi gücləndirilməli, gəlirlərin artırılması dayanıqlı və məqsədyönlü xarakter daşımalıdır: 

“Əhalinin sosial müdafiəsini daha da gücləndirməyə nail olmaq üçün iqtisadi müstəvidə gəlirlilik və idarəetmədə səmərəlilik yüksək səviyyədə olmalıdır”.

K.Nurullayeva həmçinin təhsildə dövlət strategiyasını nəzərə alaraq hesab edir ki, elmi-tədqiqat işlərinə, startaplara və innovasiyalara daha çox vəsait ayrılmalıdır. 

Yəni yaradıcılıq kapitalı ilə beynəlxalq miqyaslı layihələrə qoşulmaqla bağlı vəsaitlər ayrılmalıdır.