Reperin anasının üzərinə ağac düşməsi məsələsi prokurorluqda araşdırılır

Tanınmış reper Pərviz İsaqovun (Promete) küləyin təsirindən anasının üzərinə ağac düşməsi və ayağının amputasiya edilməsi faktı araşdırılır.

Baş Prokurorluğun mətbuat xidmətindən "Sherg.az"ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaş Pərviz İsaqovun anası Pərvanə İsaqovanın 10 noyabr 2021-ci il tarixində Yasamal rayonu, Mirəli Seyidov küçəsi 60 ünvanının yaxınlığında olarkən ağacın küləkliyin təsirindən qırılaraq üzərinə düşməsi və sonuncunun aldığı xəsarətlər nəticəsində sol ayağının amputasiya edilməsi barədə müraciət əsasında Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.