Dünən faciəli şəkildə ölən gəncin FOTOLARI

Dünən Qazaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
Oxu.Az-ın məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Qazaxın Yuxarı Salahlı kəndindən keçən hissəsində qeydə alınıb. 
Rayonun Qaymaqlı kənd sakini, 2004-cü il təvəllüdlü Lalə Süleymanovanı TIR vurub. 
O, hadisə yerində ölüb. 
Faciəli şəkildə ölən gəncin fotosu sosial şəbəkələrdə paylaşılıb.