Polşada koronavirusa yoluxma xeyli artıb

Polşada ötən 24 saat ərzində koronavirusa daha 24 380 nəfər yoluxub və 460 koronavirus xəstəsi ölüb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu, aprel ayından bu yana qeydə alınmış ən yüksək yoluxma sayıdır.
Səhiyyə Nazirliyinin məlumatına görə, indiyədək ölkədə 3 406 129 nəfər koronavirusa yoluxub ki, bunların 81 688 nəfəri dünyasını dəyişib, 2 919 578 nəfər isə sağalıb.