Prezidentin Zəngəzur xəbərdarlığı! - “Rəsmi Bakı Zəngəzur iddiasından əl çəkməyəcək”


Dekabrın 6-da Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızları Leyla Əliyeva Quba rayonuna səfər ediblər. Səfər zamanı prezident rayonunun Qonaqkənd qəsəbəsində sakinlərlə görüşündə çıxış edib və bir sıra məqamlara toxunub.

 O,ikinci Qarabağ müharibəsinin bütün dünyaya xalqımızın iradəsini, gücünü və birliyini göstərdiyini və bu zəfəri bütün Azərbaycan xalqının birgə əldə etiyini vurğulayıb.

Ölkə başçısı eyni zamanda Zəngəzur dəhlizi məsələsinə diqqət çəkərək bildirib ki, bizə dəhlizin nə vaxt açılacağı barədə dəqiq tarix versinlər. Dövlət baçısı Zəngəzur dəhlizi ilə bağlı səsləndiridiyi bu fikirlə bir növ rəsmi İrəvana xəbardarlıq etmiş oldu. Xatırladaq ki, bu sayaq xəbərdarlıq Ermənistanın işğal altında olan Azərbaycan torpaqlarını boşaltması ilə bağlı da edilmişdi. Bundan sonrakı hadisələr isə hər kəsə məlumdur. Maraqlıdır, situasiya eyni olduğu halda prosesdəki gedişlər də eyni ola bilərmi? 

Mövzunu “Sherg.az”a  şərh edən «Yeni Müsavat» Media Qrupunun təsisçisi və rəhbəri Rauf Arifoğlu bildirib ki, Prezident  İlham Əliyevin dediyini edən bir lider olmasını bütün dünya ictimaiyyəti bilir və belə xəbərdarlıqlar boşuna edilmir: 

“Bu Azərbaycan və dünya dövlətləri üçün proseslərin hazırda hansı mərhələdə olması barədə verilən informasiyadır. O deməkdir ki, rəsmi Bakı Zəngəzur iddiasından əl çəkməyib və heç bir halda əl çəkməyəcək”.

 R.Arifoğlu Brüssel görüşü öncəsi Ermənistan tərəfin prezidentin bu xəbərdarlığını diqqətə almalı olduğunu vurğulayıb və bu məqamda  ikinci Qarabağ savaşını xatıraladıb: 

“Ölkə başçısı ikinci Qarabağ müharibəsi dönəmidə rəsmi İrəvandan savaşı dayandırmaq üçün  işğal edilmiş ərazilərimizdən dəqiq çıxma tarixi tələb etmişdi. Onlar buna məhəl qoymadılar. Nəticədə Ermənistan hazırkı bərbad duruma düşdü. Bu xəbərdarlıq da eyni mahiyyət kəsb edir”.

Baş yazar prezidentin  bu çıxışının təkcə Qubada  onun qarşısında duran auditoriya üçün deyil, dünya auditoriyası, eləcə də Brüssel görüşünü təşkil edən Avropa İttifaqı üçün olduğunu söyləyib.