ABŞ-da son 40 ilin ən yüksək inflyasiyası qeydə alınıb

2021-ci ilin noyabrında ABŞ-da qiymətlər 6,8 bahalaşıb.

APA-nın xəbərinə görə, bu, ölkədə 1982-ci ildən indiyədək qeydə alınmış ən yüksək inflyasiyadır. Ay ərzində yanacaq, ərzaq məhsulları, elektronika avadanlıqları və təyyarə biletləri ciddi şəkildə bahalaşıb.

Ən böyük artım isə enerji qiymətlərində hiss olunur. İllik əsasda enerji 33%-dək bahalaşıb.