Hər şey incələnib! - “Qaraheybət faciəsinin “qara qutu"sudan qara xəbərlər...  

Üzeyir Cəfərov:“İstintaq qrupunun rəhbəri Sənan Paşayev dedi ki, əgər helikopter hava axınına  qarşı olsaydı, faciə baş verməzdi. Helikopterin “bort” məlumatlarından  da görünür”

Baş Prokurorluq Qaraheybət aviasiya poliqonunda vaş verən helikopter qəzası ilə bağlı yeni məlumatlar açıqlayıb.
Açıqlamada bildirilir:
“Helikopterin bort məlumatlarının qeydiyyatçısından (“qara qutu”) götürülmüş helikopterin düşmə anında qeydə alınmış uçuş parametrləri vertikal uçuş surətinin normadan artıq olduğunu, nəticədə idarəçiliyin itirilməsilə qəzaya səbəb olduğunu göstərib”.
Lakin cəmiyyətdə bu məsələ ilə bağlı bir sıra suallar və fərziyyələr yaranıb. Belə ki, bəzi insanlar bu cür təcrübəli heyətin idarə etdiyi helikopterin qəzaya düşməsinə şübhə ilə yanaşır.

Polkovnik Üzeyir Cəfərov “Sherg.az”a açıqlamasında bildirib ki, Baş Prokurorluğun verdiyi məlumat araşdırmaya əsaslanır:

“Təqdim olunan məlumata inanmamaq doğru deyil. Orada yaranmış fors-major hadisə nəticəsində təcrübəli pilot Füzuli Cavadov və kapitan Ramin Ədilov  idarəetməni tənzimləyə bilməyiblər. Buna görə də F.Cavadov şəhid olur, R. Ədilov isə yaralanır.  Hər şey incələnib. Qrafiklərdə də aydın şəkildə göstərilib. İstintaq qrupunun rəhbəri Sənan Paşayev dedi ki, əgər helikopter hava axınına  qarşı olsaydı, faciə baş verməzdi. Helikopterin “bort” məlumatlarından  da görünür”.

Polkovnik hərbi texnikanın xarakterinə bələd olan biri kimi bu məlumatlarla razı olduğunu vurğulayıb:

“Ağır tonajlı mexanika, yəni 7 ton 350 kq çəkisində olan helikopterin özü, əlavə də içərisindəki insanların ağırlığı uçuş təlimatlarına zidd olacaq göstəricilərdir”. 

Cəmilə ƏZİM