Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov dünən general-mayor rütbəsi alan Raul Süleyman oğlu Zeynalova yeni vəzifə verib.
Qaynarinfo-nun məlumatına görə, nazirin müvafiq əmri ilə Raul Zeynalov Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi rəisinin birinci müavini vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə general-mayor FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini təyin olunub.
Qeyd edək ki, Raul Zeynalov 27.04.1982-ci ildə Şəmkir rayonunda anadan olub.
Bakı Dövlət Universitetini bitirib.
Ailəlidir, iki övladı var.