Gürcüstanın Dövlət Xidmətlərinin İnkişafı Agentliyi ölkədə ən çox yayılmış soyadların ilk onluğunu yeniləyib.
“Report”un yerli bürosu xəbər verir ki, siyahıda V yeri Məmmədov, VIII yeri isə Məmmədova soyadı tutub.
İlk onluğa əsasən, qonşu ölkədə Məmmədov soyadlı 14 945, Məmmədova soyadlı isə 13 071 nəfər var.
Azərbaycanlılara məxsus digər – Əliyev soyadı isə kişi soyadları arasında populyarlığına görə IV, Əliyeva isə qadın soyadları sırasında V yerdədir. Gürcüstanda Əliyev soyadını 9 084, Əliyeva soyadını isə 9 079 nəfər daşıyır.
Qonşu ölkədə Beridze soyadı ən çox rast gəlinən soyad olaraq qalır. Ən populyar familiyanı daşıyanların sayı 29 684 nəfər təşkil edir.