MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib - YENİLƏNİB + VİDEO

Dekabrın 28-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib.
Əvvəlcə MDB dövlət başçıları birgə foto çəkdiriblər.
Rusiya Prezidenti Vladimir Putin görüşdə çıxış edib.
Sonra koronavirus pandemiyasına qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
16:10
Dekabrın 28-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edir.
Əvvəlcə MDB dövlət başçıları birgə foto çəkdiriblər.
Rusiya Prezidenti Vladimir Putin görüşdə çıxış edib.
Sonra koronavirus pandemiyasına qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş davam edir.

16:02

Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə koronavirusla mübarizə məsələsi müzakirə edilib. 

Bundan sonra dövlət və hökumət başçıları müzakirələri mediaya açıq olmadan davam etdirirlər.

15:20

Dekabrın 28-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edir.

Əvvəlcə MDB dövlət başçıları birgə foto çəkdiriblər.