Afrikada koronavirusdan ölüm sayı kəskin artıb

Dekabrın 20-26-da Afrikada koronavirus xəstələri arasında ölüm sayı 72 faiz artaraq 44,6 minə çatıb.
“Report” Ümumdünya Səhiyyə Təşkilatının həftəlik epidemiolojiya hesabatına istinadən xəbər verir ki, bütövlükdə dünya boyu sözügedən göstərici 4 faiz azalıb. Bununla belə, koronavirisdan ölənlərin sayı Şimali və Cənubi Amerikada 7 faiz, Cənub-Şərqi Asiyada da 9 faiz artıb.
Eyni dövrdə koronavirusa 5 milyona yaxın yoluxma qeydə alınıb ki, bu da 11 faizlik artım deməkdir. O cümlədən Şimali və Cənubi Amerikada yoluxma sayı 39 faiz, Afrikada 7 faiz artsa da, qalan regionlarda azalıb, yaxud əvvəlki səviyyədə qalıb.
Xatırladaq ki, pandemiya dövründə dünyada 282,2 milyondan artıq insan koronavirusa yoluxub ki, bunların 5,4 milyondan çoxu dünyasını dəyişib.