"Xod"dan sonra məlum oldu:“Əliyev və Putinin “taxtasında” hansı gedişlər var...?!”

“Paşinyanın "Qarabağ Azərbaycan ərazisidir və status Azərbaycan Konstitusiyasına əsasən həll edilməlidir" fikri təkcə Araik Arutunyanı özündən çıxarmayıb. Baş nazir dərhal terrorçu "prezident"in hədələrinə Feysbukda açdığı canlı yayımla cavab verib və konkret qeyd edib ki, "delimitasiya, demarkasiya da bitməli və bizə yalnız və yalnız kommunikasiyalar lazımdır, həm də hamıdan daha çox buna ehtiyacımız var" arqumenti ilə cavab verib”.

Bu barədə “Sherg.az”a beynəlxalq məsələlər üzrə ekspert, STM Mətbuat Ximdətinin rəhbəri Əziz Əlibəyli bildirib. O qeyd edib ki, Ermənistanın Baş naziri bu addımı ilə Azərbyaycan rəhbərinin mövqeyini tam dəstəklədiyi də ortaya qoyub:

“Beləliklə, Nikol Paşinyan şahmat gedişi edərək qondarma rejimi Rusiyanın qucağına, dəstəyini isə Qərbin ofislərinə itələyib.
Məhz bu "xod"dan sonra məlum olub ki, Paşinyanın əlehdarı təkcə Xankəndində deyilmiş.

Belə ki, heç bir qərb mediası Nikol Paşinyanın Qarabağın taleyi ilə bağlı fikrini tirajlamayıb və konkret üstündən sükutla keçərək, Qarabağın statusunun tanınması, müstəqilliyin qəbul edilməsinə çağırışlara başlayıblar.

Bu, ikiüzlü, riyakar və paralı köpəklərin məqsədi hazırda Azərbaycanı, Rusiyanı və Ermənistanı birlikdə hədəfə almaqdır. İndi gəlin görək, Əliyev və Putinin taxtasında hansı gedişlər var...”.