Görkəmli kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Biometrik katalizatorlar üçün üzvi liqadların sintezi laboratoriyasının rəhbəri, kimya elmləri doktoru, professor Sərdar Zeynalov vəfat edib.
Oxu.Az-ın məlumatına görə, o bu gün dünyasını dəyişib.
Sərdar Bahadur oğlu Zeynalov 1952-ci il fevralın 2-də Bakı şəhərində anadan olub.
S.Zeynalov 200-dən çox elmi əsərin, o cümlədən 6 kitabın, 25 müəlliflik şəhadətnaməsi və patentin müəllifi idi. Onun rəhbərliyi ilə 7 fəlsəfə, 1 elmlər doktoru hazırlanıb.
O, 2016-cı ildə AMEA-nın Fəxri fərmanı ilə təltif olunub.