İngiltərənin MI6 Gizli Kəşfiyyat Xidməti başçısı Richard Moore , Rusiyanın Ukraynadakı döyüşü qazanmayacağını bildirib. Kəşfiyyat şefi bildirib ki, çünki Putin heç vaxt ölkə xalqı üzərində siyasi zəfər qazana bilməyəcək.
Sherg.az xarici media istinadən xəbər verir ki, MI6 şefi Putin güclərinin nəhayət Ukraynada müvəffəqiyyətsiz olacağını qarşıya qoyan hesabata qatıldığını söyləyib.
Onun sözlərinə görə, Moskva üçün zəfər Ukrayna hökumətini devirərək bir işğal şəklində deyil, Ukrayna xalqını qazanmaqla ola bilər. Kəşfiyyat şefi deyib ki, buna da Rusiyanın gücü çatmayacaq. O, bildirib ki, əgər Kiyev 10 gün də dözsə Rusiyanın silahları tükənəcək.
Turan