Yaxın vaxtlarda Ukrayna-Rusiya danışıqları başlaya bilər

Ukraynanın “Xalqın xidmətçisi” Partiyasının deputatı Feodor Venislavski yaxın dəqiqələrdə Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların baş tutaсağını istisna etməyib.

“Report”un UNİAN-a istinadən məlumatına görə, o, bu barədə Ukrayna kanallarında telemarafon zamanı bildirib.

Ukrayna nümayəndə heyətinə Prezident Ofisinin və Xarici İşlər Nazirliyinin nümayəndələri daxildir.

"Razılıq əldə olunub ki, danışıqlar faktiki olaraq neytral tərəfdə, Ukrayna və Belarus Respublikası arasında Pripyat çayı boyunca yerləşən neytral zonada aparılacaq. Nümayəndə heyəti artıq yola düşüb. Bura səyahət etmək çox az vaxt aparır. Düşünürəm ki, yaxın bir neçə dəqiqə ərzində danışıqlar başlayacaq, bəlkə də, başlayıb”, - Venislavski bildirib.