Tbilisidə Rusiya vətəndaşları pasportlarını yandıraraq vətəndaşlıqdan imtina ediblər

Bu gün, Tbilisidə Ukraynaya növbəti dəstək aksiyası baş tutub.

24News.ge xəbər verir ki, baş tutan aksiyada bir neçə Rusiya vətəndaşı aksiyası zamanı pasportlarını xalqın gözü qarşısında yandırıblar.

Etirazçılardan biri, bu hərəkəti ilə Rusiya hökumətinin təcavüzkar siyasətini pislədiyini bildirib:

"Hakimiyyəti ələ keçirmiş Putinin cinayətkar dəstələrinin rejiminə nifrət edirəm. Bu rejim rus millətinə xəyanət edib. Öz xalqını ət kimi qırğına göndərir. Bütün dünyanı nüvə silahı ilə hədələyir. Bu vətəndaşlıqdan imtina edirəm. Mən əminəm ki, Ukrayna xalqı qalib gələcək. Yatan rusların əvəzinə üzr istəyirəm. Mən də dəqiq bilirəm ki, Rusiyada çox ağıllı insanlar var. Onların çoxu hazırda həbsdədir. Onlar müharibənin əleyhinədirlər", - deyə rusiyalı bildirib.