Putin Baş Qərargah rəisini vəzifəsindən azad etdi? 

Rusiya Prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovu vəzifəsindən azad etdiyi iddia olunur.

Milli.Az bildirir ki, rəsmi olaraq heç bir açıqlama yoxdur.

İddialara görə, Rusiya Silahlı Qüvvələrinin Ukraynada keçirdiyi əməliyyatların bu günə olan nəticələri planlaşdırılan səviyyədə olmadığından belə qərar qəbul olunub.