XİN: “Azərbaycan və ABŞ arasında əlaqələrin daha da möhkəmlənməsini arzu edirik” - FOTO

Bu gün Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur.
Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində dərc olunan məlumatda qeyd olunub.
“Bu münasibətlə Amerika Birləşmiş Ştatlarının hökumətinə və xalqına ən xoş arzularımızı bildiririk. Azərbaycan və ABŞ arasında əlaqələrin daha da möhkəmlənməsini arzu edirik”, - Azərbaycan XİN-in yaydığı məlumatda bildirilir.