“Qazaxıstan ya Belarusla aparılan danışıqlarda bu ölkələrin öz qoşunlarını Ukraynaya göndərmək istəyi müzakirə mövzusu ola bilər”
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında fevralın 26-da telefon danışığı baş tutub. Bu barədə Kremlin saytı məlumat yayıb.Məlumata əsasən ,tərəflər Qarabağla bağlı razılaşmaların icrasını müzakirə ediblər.Tərəflər Ermənistan, Azərbaycan və Rusiya liderlərinin Qarabağa dair 10 noyabr 2020-ci il,11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında təsbit olunmuş sazişlərin icrasının praktiki aspektləri,o cümlədən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıblar.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Putin-Paşinyan arasındakı telefon danışığını “Sherg.az”a dəyərləndirib:
“Fikir versək görərik ki, yaxın günlərdə Putin bir çox MDB ölkələri ilə əlaqə saxlayıb, müxtəlif mövzuları müzakirə edir. Hansı səpkidə müzakirələrin aparıldığını dəqiqliklə demək çətindir. Amma mənə elə gəlir ki, o mövzulardan biri də ilk növbədə Ukrayna məsələsidir”.
T.Zülfüqarovun fikrincə, Qazaxıstan ya Belarusla aparılan danışıqlarda bu ölkələrin öz qoşunlarını Ukraynaya göndərmək istəyi müzakirə mövzusu ola bilər:
“Zənnimcə, əsas mövzunu gizlətmək üçün Putin hər ölkə ilə danışığında diqqəti ayrıca bir məsələyə yönəldir. O ,Paşinyanla telefon əlaqəsində də Qarabağ məsələsini variant kimi istifadə edib” .