“Şərq”dən Ukraynaya dəstək: Qəzetin kollektivi humanitar yardıma qoşuldu  - Fotolar

Bu gün " Şərq" qəzetinin kollektivi Rusiyanın təcavüzünə uğrayan, öz müstəqilliyi,  ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla mübarizə aparan Ukrayna xalqına humanitar yardım aksiyasına qatılıb.




 Redaksiya əməkdaşlarının maaş və qonararı ilə zəruri ərzaq məhsulları, uşaq qidası və başqa lazımi əşyalar alınıb. 


Ukraynanın ölkəmizdəki səfirliyinə təqdim olunub.
Səfirlik əməkdaşları və  humanitar yardımı qəbul edən könüllülər "Şərq"çilərə öz təşəkkürlərini bildiriblər. 


Azərbaycanın 44 günlük Vətən savaşında Ukrayna xalqının daim dəstəyini hiss etdiklərini bildirən "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı  əməkdaşların bu təşəbbüsünü alqışlayıb və həmkarlarını humanitar aksiyada fəal olmağa cağırıb: 


 "Bu gün Ukraynada hər birimizin qəlbini ağrıdacaq hadisələr baş verir. İnsan faciələri, körpələrin göz yaşı, ahılların naləsi Qarabağda yaşadıqlarımızdan bizə tanışdır. Ona görə, hər birimiz insanlığa qarşı  Putin Rusiyasının  törətdiyi vəhşi hərəkətləri pisləməli, dost Ukrayna xalqının yanında olmalıyıq".