NATO ölkələri liderlərinin fövqəladə toplantısı başlayıb


Brüselldə NATO ölkələri liderlərinin fövqəladə toplantısı işə başlayıb. 

Əsas məsələ təbii ki, Rusiya-Ukrayna müharibəsidir. Məlum olduğu kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da toplantıda iştirak etmək üçün Brüsseldədir. Türkiyə hazırda Rusiya-Ukrayna münaqişəsini dayandıra biləcək yeganə NATO dövləti hesab edilir. Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə mehriban münasibətləri münaqişəsinin çözülməsində həyati əhəmiyyət daşıyır.

 “Milliyet.com” xəbər verir ki, Ərdoğan NATO qərargahına gedib, sonra isə Fransa prezidenti Makronla görüşüb. 

Ukrayna prezidenti V.Zelenskinin NATO liderləri zirvə toplantısına müraciət edəcəyi gözlənilir.