Bakıda ağır qəza: qadın öldü

Bakıda avtomobil qadını vuraraq öldürüb.

Axar.az xəbər verir ki, Nizami rayon ərazisində Şükür Məhərrəmov idarə etdiyi "Tofaş" markalı avtomobillə yolu keçən Günay Pirizadəni vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.