Ermənistan tərəfi Qarabağda atəşkəsi pozub - Rusiya Müdafiə Nazirliyi

Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında Ermənistan tərəfi atəşkəs rejimi pozub.

Trend xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən jurnalistlərə bildirilib.

"Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Ermənistan tərəfindən atəşkəs rejiminin 1 dəfə pozulması faktı qeydə alınıb. Ölən və yaralananlar olmayıb. Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəflərinin nümayəndələri ilə birgə vəziyyətin nizamlanmasını təmin edib", - deyə Nazirliyin açıqlamasında deyilir.