Ukrayna G7 ölkələrindən büdcə kəsirini ödəmək üçün 50 milyard dollar istəyir

Ukrayna G7 ("Böyük Yeddilik") ölkələrindən 50 milyard dollar məbləğində maliyyə dəstəyi istəyib.

"Report" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko bildirib.

Onun sözlərinə görə, dövlət sıfır faizlə kuponlu istiqrazların buraxılması imkanlarını da nəzərdən keçirir. Bu, növbəti 6 ay ərzində müharibə səbəbindən yaranmış büdcə kəsirinin ödənilməsinə kömək edəcək.

Ustenko qeyd edib ki, hazırda bu variantlar fəal şəkildə müzakirə olunur.

UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, Baş nazir Denis Şmıqal deyib ki, hazırda büdcə hərbi istiqrazların buraxılması, tərəfdaşların və beynəlxalq maliyyə təşkilatlarının dəstəyi sayəsində doldurulur.