Bakıda köşklərdən oğurluq edilib

Bakıda köşklərdən oğurluq edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İ.Dadaşov küçəsindəki iki köşkdən ümumilikdə 2 063 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Azad Zeynalov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.