TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının növbəti iclası Qazaxıstanda keçiriləcək

TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının növbəti iclasının keçiriləcəyi ölkə açıqlanıb.

“Report”un xəbərinə görə, bu barədə TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının sədri, qırğız deputat Aybek Osmonov qurumun bu gün Milli Məclisdə keçirilən Sosial, mədəni və humanitar məsələlər komissiyasının IX toplantısında məlumat verib.

Onun sözlərinə görə, komissiyanın növbəti toplantısı Qazaxıstanda keçiriləcək: “Həmin toplantı isə 2023-cü ilin may ayında baş tutacaq. Ümid edirəm ki, münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edəcək”.