İlham Əliyev: "Ana dili əsas faktordur, ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir"

“Çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. əlbəttə, bu, o qədər asan məsələ deyil”.

“Report” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, ilk növbədə onlar Azərbaycan dilini bilməlidirlər:

“Təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq bu, kifayət deyil.

Ona görə Azərbaycan məktəblərinin açılması, bazar günü məktəblərinin açılması istiqamətində də hər zaman köməklik göstərəməyə hazırıq və əslində bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas faktordur. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir. İkinci Qarabağ müharibəsinin tarixini xaricdə yaşayan gənc azərbaycanlılar yaxşı bilməlidirlər. Onlar öz dostlarına bu həqiqətləri çatıdrmalıdırlar”.