"Qəbələ" klubunun baş məşqçisi cəzalanıb

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:

Premyer Liqanın XXIII turunun “Qəbələ” – “Sumqayıt” oyununda “Qəbələ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur (maddə 41.6).

“Qəbələ” – “Sumqayıt” oyununda meydançaya kənar şəxs daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur (maddə 49.2).

“Qəbələ” – “Sumqayıt” oyununda matçın 90+3-cü dəqiqəsində “Qəbələ” klubunun baş məşqçisi Elmar Baxşıyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun şərti olmaqla, 5 oyun cəzalanır klub 4000 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 41.4).

“Qəbələ” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).

“Qarabağ” – “Şamaxı” oyununda dövlət yanğından mühafizə xidməti maşını oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi kluba xəbərdarlıq edilsin.