Polad Bülbüloğlu Bakıda qəza törətdi - VİDEO


Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bakıda qəza törədib. 
Oxu.Az-ın əldə etdiyi məlumata görə, P.Bülbüloğlu idarə etdiyi BMW markalı, diplomatik nömrəli avtomobili eyni istiqamətdə hərəkət edən, taksi fəaliyyəti ilə məşğul olan “Mercedes-Benz” markalı maşına arxadan vurub. 
Qəza Səbail rayonu Xəqani küçəsində baş verib. 
Hadisə nəticəsində avtomobillərə cüzi maddi ziyan dəyib.